reklam
Regionxeberlericom.az » Hadisə » Moskvada azərbaycanlı uşaqlar həbs edildi

reklam

Moskvada azərbaycanlı uşaqlar həbs edildi


Moskvanın Zamoskvoretski Məhkəməsi üç yeniyetmə miqrantı həbs edib.

Rusiya mediası bildirir ki, onlar rusiyalı həmyaşıdlarını döyməkdə ittiham olunurlar. Döyülmə hadisələrinin Aviapark ticarət mərkəzində və Ximkidəki məktəblərdən birinin ərazisində baş verdiyi bildirilir.

Məlumata görə, həbs olunanlar 1 Tacikistan əsilli və 2 etnik azərbaycanlıdır. İş üzrə təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayanlar olduğundan həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası qapalı keçirilib. Məhkəmə onların barəsində dekabrın 18-dək həbs-qətimkan tədbiri seçib.

Yerli medianın yazdığına görə, onlar heç bir səbəb olmadan rusiyalı həmyaşıdlarına hücum edərək onları döyüblər. Bu barədə sosial şəbəkələrdə video yayılıb. Videonu da hadisəni törədənlərin özlərinin çəkdiyi bildirilir.




Paylaş:


Müəllif : Tarix:
20-10-2023, 12:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər