reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda polis avtobus sürücüsünü ölümlə hədələyib? - Rəsmi CAVAB

reklam

Bakıda polis avtobus sürücüsünü ölümlə hədələyib? - Rəsmi CAVAB


Bakıda marşrut avtobusunun sürücüsü sükan arxasında olarkən təhqir olunub və ölümlə hədələnib.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Sürücü Orxan Namazovun sözlərinə görə, heç bir qayda-qanun pozmadığı halda özünü polis kimi təqdim edən şəxs avtobusa minib. O, sərnişinlərin yanında sürücünü təhqir edərək, həbs və işgəncələrlə, həmçinin ölümlə hədələyib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov məsələ ilə bağlı açıqlamasında həmin şəxsin polis əməkdaşı olması ilə bağlı iddiaların tam əsassız olduğunu bildirib:

“173 saylı sərnişin avtobusunun sürücüsünün döyülməsi ilə bağlı daxil olan müraciət araşdırılır. Sürücünün ərizə və izahatı alınıb, müvafiq məhkəmə-tibbi ekspertiza təyin edilib. Əməli törətmiş şəxsin 1988-ci il təvəllüdlü Elvin Mansurov olması müəyyən edilib. Onun polis əməkdaşı olması ilə bağlı iddialar tam əsassızdır”.




Paylaş:


Müəllif : Tarix:
20-10-2023, 12:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər