Azərbaycanın dövlət sərhədini icazəsiz keçən hava gəmisi ilə bağlı tələblər müəyyənləşib
Azərbaycana icazə almadan dövlət sərhədini keçən hava gəmisinin məcburi qaydada yerə endirilməsi, hava gəmisinin məhvinə icazə verilməsi ilə bağlı tələblər müəyyənləşib.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu gün keçirilən parlamentin plenar iclasında bildirib.
O qeyd edib ki, bu məsələ “Aviasiya haqqında” yeni qanun layihəsində öz əksini tapıb:
“Layihədə aviasiya sahəsində fəaliyyətə dair xüsusi tələbləri əhatə edən müddəalar əlavə olunaraq, icazələrin verilməsi, Azərbaycanın hava məkanında uçuşların həyata keçirilməsi, icazə almadan dövlət sərhədini keçən hava gəmisinin məcburi qaydada yerə endirilməsi, hava gəmisinin məhvinə icazə verilməsi ilə bağlı hallar isə xüsusi tələblər üzrə ayrılıb”.
T.Mirkişili deyib ki, “Aviasiya haqqında” qanun layihəsinə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi nəzərə alınmaqla, bir sıra yeni müddəalar və tənzimləmə mexanizmləri əlavə edilib.
Layihəyə “Hava limanları, aerodromlar və helikopter meydançaları” adlı yeni bir fəsil əlavə olunub.Yeni fəsildə ətraf mühitin mühafizəsi sahəsində ümumi koordinasiya işinin aparılması, hava limanlarının, aerodrom və helikopter meydançalarının inşası və yenidən qurulması ilə əlaqədar müvafiq ərazilərin ayrılması, tədqiqat, layihələndirmə və tikinti fəaliyyəti üçün verilmiş rəylər nəzərə alınmaqla icazələrin verilməsi, habelə helikopter meydançalarının istismara yararlılıq və təhlükəsizlik tələblərinin uyğunluğuna dair müddəaları əhatə edən yeni maddələr əlavə olunub.
Qüvvədə olan qanunda “Axtarış və xilasetmə” adlı bir maddə ilə əhatə olunan müddəalar təkmilləşdirilərək, axtarış və xilasetmənin təşkili, həmçinin ümumi tələbləri özündə əks etdirən “Axtarış və xilasetmə” adlı yeni bir fəsil əlavə olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-10-2023, 13:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər