Ana və oğlunu güllələdi, sonra evi yandırdı - Gədəbəydə dəhşətli cinayət

Avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb.
Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya yerləşdiriliblər.
Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi ondan götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-09-2019, 11:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-09-2019, 11:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB