“8 kəndin Azərbaycana qaytarılması həllini tapıb” - deputat
Qazax rayonunun erməni işğalı altında olan 7 kəndi ilə bağlı məsələ yenidən gündəmə gəlib.
Antiterror əməliyyatından sonra Qazax rayonunun 7 kəndi, həmçinin Naxçivan Muxtar Respublikasının Kərki kəndinin geri qaytarılması daha aktiv müzakirə olunur. Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-mayor Elçin İbrahimov bir müddət əvvəl qeyd edib ki, bu məsələ delimitasiya mövzusudur və təmsil etdiyi qurum həmin komissiyada fəaliyyət göstərir.
Onun sözlərinə görə, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək:
“Daha sonra isə bütün məsələlərdə olduğu kimi bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.
Qeyd edək ki, ötən əsrin 90-cı illərində Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib. Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidindədir və 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib.
Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir. İşğal altında olan bu 8 kəndin 3-ü - Qazaxın Sofulu və Yuxarı Əskipara, eləcə də Sədərək rayonunun Kərki kəndi Azərbaycanın anklav əraziləridir.
Regionxeberlericom.az-ın xəbərinə görə, məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Cebhe.info-ya bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada və Brüsseldə acıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib:
“Azərbaycan 20 sentyabrda həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağ üzərində ərazi bütövlüyünü bərpa edib. Qazax rayonunun 7 kəndi və Naxçıvan Muxtar Respublikasının Kərki kəndi hələ də həllini tapmayan məsələlərdəndir. Ermənistanın Baş naziri Nikol Paşinyan həm Qarabağ, həm də Şərqi Zəngəzur üzərində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıq şəkildə bəyan edib.
Prinsip etibarilə Paşinyan hökuməti üçün işğalda olan əraziləri qaytarmaq mümkündür. Sadacə görünür ki, sülh müqaviləsinin imzalanmasını gözləyir”.
Deputat bildirib ki, oktyabrın sonunda Brusseldə görüş olacaq:
“Sadacə zaman söhbəti olduğundan gözləmək lazımdır”.
Millət vəkili həmçinin qeyd edib ki, adı çəkilən kəndlərin qaytarılması artıq həllini tapıb və sadəcə zaman məsələsidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-10-2023, 17:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər