reklam
Regionxeberlericom.az » Hadisə » Tovuzda mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

reklam

Tovuzda mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO


Tovuz Rayon Polis Şöbəsinə rayonun Azaflı kənd sakininə məxsus tövlədən ümumi dəyəri 7 628 manat olan 31 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Tağıyev maddi sübutlarla birlikdə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
30-10-2023, 12:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər