reklam
Regionxeberlericom.az » Hadisə » Masazırda pakistanlılar arasında dava - Ölən və yaralanan var

reklam

Masazırda pakistanlılar arasında dava - Ölən və yaralanan var
















Oktyabrın 30-da saat 21:30 radələrində 1 nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, 1 nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı hadisənin Pakistan vətəndaşı Asad Shabbir Ahmad tərəfindən törədilməsi müəyyən edilib. Belə ki, A.S.Ahmad Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1 nəfər həmvətənlisinə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Asad Shabbir Ahmad tutulub.

İbtidai istintaq davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
31-10-2023, 11:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər