reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda polisə tabe olmayan silahlı HƏBS EDİLDİ

reklam

Azərbaycanda polisə tabe olmayan silahlı HƏBS EDİLDİ


Beyləqanda yol polisinə tabe olmayan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, noyabrın 2-də saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Beyləqan şəhəri ərazisində üzərində dövlət qeydiyyat nişanları olmayan “Mercedes” markalı avtomobilə saxla işarəsi verilib. Lakin sürücü polisin qanuni tələbinə tabe olmayaraq hadisə yerindən yayınıb. Görülmüş tədbirlərlə avtomobil saxlanılıb, sürücünün Beyləqan şəhər sakini İlham Fətiyev olması məlum olub.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan dövlət qeydiyyat nişanı və qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

İ.Fətiyev barəsində inzibati protokol tərtib edilib. 

Məhkəmənin qərarı ilə onun barəsində 8 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq olunub.




Paylaş:


Müəllif : Tarix:
3-11-2023, 12:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər