Parklanma yerini zəbt edən şəxs oğurluqda da şübhəli bilinir
Cəlilabad sakini Bakının mərkəzi küçəsini ödənişli əsaslarla parklanma yeri kimi zəbt etməkdə şübhəli bilinir.
DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov sorğuya cavab olaraq bildirib ki, Səbail rayonunda mərkəzi küçələrin birində avtomobillərin ödənişli əsaslarla parklanma yerini zəbt edərək fərdi gəlir mənbəyinə çevirən və həmin ərazidə yol nişanlarını oğurlamaqda şübhəli bilinən şəxs məsuliyyətə cəlb edilib. Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Niyaməddin Fərəcov ərazidə parklanma lövhələrini oğurlamaqda şübhəli bilinir.
Araşdırmalarla müəyyən edilib ki, o, ərazidə olan 2 ədəd lövhəni oğurlamaqla qanunsuz parklama fəaliyyətini təşkil etməyə cəhd edib. Onun qanunsuz fəaliyyətinin qarşısı alınıb.
Araşdırmalar davam etdirilir.
(Qafqazinfo)
Paylaş:
Müəllif : Fuad
Tarix:4-11-2023, 15:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər