Nobel mükafatçısı İran həbsxanasında aclığa başladı
Məcburi hicab qaydalarını pozduiğu üçün Tehranın Evin həbsxanasında saxlanılan Nobel mükafatçısı və siyasi məhbus Nərgiz Məhəmmədi bu gün səhərdən aclıq aksiyasına başlayıb.
Xarici medianın xəbərinə görə, buna səbəb ona və digər məhbuslara tibbi xidmətlərdən istifadəyə icazə verilməməsi olub.
Siyasi məhbusun ürək çatışmazlığı və tənəffüs problemi xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, müayinə və müalicəsinə icazə verilmir.
Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. Məhəmmədi son məhkumluq dövründən əvvəl də 5 il yarım məhkumluq dövrü yaşayıb.
Nərgiz Məhəmmədi iranlı hüquq müdafiəçisi və alimidir. O, 2016-cı ilin mayında Tehranda "ölüm cəzasının ləğvi üçün kampaniya aparan insan haqları hərəkatı" yaratdığına və idarə etdiyinə görə 16 il həbs cəzasına məhkum edilib. 2020-ci ildə azad edilib, lakin 2021-ci ildə yenidən həbsxanaya göndərilib.
2023-cü ildə Nobel sülh mükafatı laureatı olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-11-2023, 13:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər