reklam
Regionxeberlericom.az » Hadisə » Astaradakı qətlə görə 3 nəfər tutuldu - Tamah məqsədi olub

reklam

Astaradakı qətlə görə 3 nəfər tutuldu - Tamah məqsədi olub
















Dünən Astaranın Kakalos kənd sakini, 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı 3 nəfər tutulub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakinləri - 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar.

Araşdırma aparılır.

*** Astara Rayon Prokurorluğu ötən gün rayonda törədilmiş qətllə bağlı məlumat yayıb. Rayon prokurorluğundan bildirilib ki, hadisə tamah məqsədilə törədilib. Belə ki, noyabrın 10-da Astara rayonu Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Zeynəb Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub: “Araşdırmalarla Astara rayonu Kakalos kənd sakinləri 1986-cı il təvəllüdlü Vüsal Əskərov, 1983-cü il təvəllüdlü Elmir Məmmədov və 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Bəhruz Suleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Zəynəb Məmmədovanın yaşadığı evinə daxil olaraq onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vüsal Əskərov, Elmir Məmmədov və Bəhruz Suleymanov iş üzrə şübhəli şəxs qismində saxlanılıb. İbtidai istintaq davam etdirilir”.




Paylaş:


Müəllif : Tarix:
11-11-2023, 14:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər