reklam
Regionxeberlericom.az » Hadisə » Qana millisinin 28 yaşlı hücumçusu oyun zamanı öldü

reklam

Qana millisinin 28 yaşlı hücumçusu oyun zamanı öldü


















Qana millisinin 28 yaşlı hücumçusu Rafael Dvamena Albaniyada liqa matçı zamanı meydançada yıxılaraq dünyasını dəyişib.

BBC xəbər verir ki, hadisə şənbə günü – Dvamena “Eqnatiya”nın heyətində “Partizani”yə qarşı oynayarkən baş verib.

“Mütəxəssis həkimlərin dərhal müdaxiləsinə baxmayaraq, o, təəssüf ki, dünyasını dəyişib”, - Albaniya Futbol Federasiyası (AFL) bildirib.

Dvamena 9 qolla bu mövsüm Albaniya liqasında ən çox qol vuran futbolçu olub. O, həmçinin ölkəsinin heyətində doqquz oyunda qalib gəlib və iki qol vurub.

Şənbə günü keçirilən oyun yarımçıq qalıb və federasiya bu həftə Albaniyada keçirilməsi planlaşdırılan bütün oyunları təxirə salıb.




Paylaş:


Müəllif : Tarix:
12-11-2023, 12:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər