Azərbaycanda qatar qəzası – Yük avtomobili ilə toqquşdu
Bu gün saat 08 radələrində Osmalı-Blok Post-51 mənzilinin 52-ci kilometrində yerləşən dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən daxil olan məlumata görə, İmişli stansiyasından Şirvan stansiyasına gedən yük qatarı dəmir yolu keçidində hərəkətdə olarkən lokomotivin xəbərdaredici siqnalına məhəl qoymayaraq keçidi keçməyə cəhd göstərən İran vətəndaşı Seyid Rəşidin idarə etdiyi “HOWO” yük maşını ilə toqquşub.
Hadisə nəticəsində yük maşını dəmir yolunun üstünə aşaraq yolu bağlayıb və nəticədə dəmir yolunda qatarların hərəkətində fasilə yaranıb.
Hazırda dəmir yolunda qatarların hərəkətinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Hadisə zamanı xəsarət alan olmayıb.
Bildirilir ki, hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən araşdırma aparılır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-09-2019, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-09-2019, 12:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti