reklam
Regionxeberlericom.az » Hadisə » Xəzər dənizində kişi meyiti tapıldı

reklam

Xəzər dənizində kişi meyiti tapıldı


Xəzər dənizində naməlum kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Suraxanı rayonu, Qum adası adlanan ərazidə dəniz sahilində naməlum kişi meyiti tapılıb.

Meyitin əlamətləri: boyu 160-165 santimetr, orta bədən quruluşlu, qara saçlıdır (başının ortasinda saçı tökülüb).

Meyitin burun hissəsində xüsusi əlamət kimi çapıq izləri müşahidə olunub. Tapılan zaman əynində üst geyimi aşkar olunmayıb.

Bu şəxsi tanıyanlardan DİN-in “102” Xidmətinə və ya Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-02, 012-433-38-12 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.




Paylaş:


Müəllif : Tarix:
20-11-2023, 19:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər