“Barselona” və İngiltərə millisini çalışdırmış məşhur məşqçi dünyasını dəyişdi
Londonun “Tottenhem” futbol klubunun, İspaniya “Barselona”sının və İngiltərə milli futbol komandasının sabiq baş məşqçisi britaniyalı Terri Venables 81 yaşında vəfat edib.
Bu barədə “Tottenhem”in mətbuat xidməti məlumat yayıb.
Ölümün səbəbləri barədə məlumat verilmir.
Terri Venables
“Klub keçmiş oyunçusu və komandanın baş məşqçisi Terri Venablesin vəfatını eşitməkdən dərin kədərləndi. Bu inanılmaz çətin zamanda Terrinin dostlarına və ailəsinə dərin hüznlə başsağlığı veririk. Hörmət əlaməti olaraq, oyunçularımız bu gün İngiltərə çempionatında Aston Villa ilə matçda qara sarğı taxacaqlar və başlama vuruşundan əvvəl bir dəqiqəlik sükut olacaq”, - “Tottenhem”in açıqlamasında deyilir.
Futbolçu karyerası ərzində Venables İngiltərənin “Çelsi”, “Tottenhem”, “Kuinz Park Reyncers” və “Kristal Palas” klublarında çıxış edib.
“Çelsi”nin heyətində o, İngiltərə Kubokunun qalibi olub(1967), “Tottenhem”lə birlikdə isə Liqa Kubokunu (1975) qazanıb.
Venables, həmçinin “Kuinz Park Reyncers”, “Kristal Palas”, “Tottenhem”, “Lids Yunayted”, “Barselona”, İngiltərə və Avstraliya yığmalarında baş məşqçi olub. Onun rəhbərliyi altında “Barselona” İspaniya çempionu (1985) və Avropa kubokunun finalçısı (1986, indi turnir Çempionlar Liqası adlanır) olub, həmçinin “Tottenhem” FA Kubokunu qazanıb (1991). 1996-cı ildə Venables Avropa çempionatında İngiltərə komandasına rəhbərlik edib. Bu zaman komanda yarımfinalda penaltilər seriyasında çempionatın son qaliblərinə – Almaniya yığması 5:6 hesabı ilə uduzaraq turnirin bürünc mükafatçısı olub. İngiltərə komandası üçün buraxılan yeganə penaltinin müəllifi millinin hazırkı çalışdırıcısı Qaret Sautqeyt olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-11-2023, 21:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər