Sayt rəhbəri yenidən kassasiya şikayəti verdi - DETALLAR
“KANALS.AZ” internet portalının təsisçisi və rəhbəri işləmiş Sənan Ələkbərov və tanışı Teymur Rüstəmovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.
Regionxeberlericom.az-ın Pravda.az-a istinadən əldə etdiyi məlumata görə, şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 30-na təyin edilib.
Qeyd: “KANALS.AZ” internet portalının təsisçisi və rəhbəri işləmiş Sənan Ələkbərovun bir neçə nəfər barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul alması ilə bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılıb.
Belə ki, rayon prokurorluğunda Sənan Ələkbərov barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanaraq davam etdirilməsi üçün Yevlax rayon Polis Şöbəsinin İstintaq bölməsinə göndərilib.
Aparılmış istintaqla müəyyən edilib ki, “KANALS.AZ” internet portalının rəhbəri işləmiş Sənan Süleymanov Gövhər Süleyman qızının rüsvayedici fotoşəkillərini özünə məxsus olan “KANALS.AZ” saytında və həmin adlı “youtube” internet səhifəsində yayacağı və onu işlədiyi işdən çıxartdıracağı hədəsi ilə hədə-qorxu gəlib, həmin məqsədlə Gövhər Süleymanovanın 1000 manat məbləğində pulu tələb edib.
Bundan başqa, Sənan Ələkbərov tanışı Teymur Rüstəmovla əlbir olaraq Yevlaxda yerləşən “Zeytun - 9 Yevlax” aptekinin satıcısı Misirxanova Esmira Elxan qızından satışı qadağan olunan dərmanı satdığı üçün hədə-qorxu ilə 5000 manat pul tələb edib.
Sənan Ələkbərov Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər nümayəndəliyində baş məsləhətçi vəzifəsində işləyən Məmmədov Rafiq Yaqub oğlunun isə xeyli miqdarda pulunu ələ keçirmək məqsədilə özünə məxsus “Kanals.az” youtube internet səhifəsində “Mədəniyyətsiz mədəniyyət işçiləri” adı ilə yayımladığı məlumatı silmək üçün 15000 manat pulu hədə-qorxu ilə tələb edib.
İstintaqın yekunda Sənan Ələkbərova Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə, Teymur Rüstəmova isə 182.2.1-ci maddələri ilə ittiham verilib və baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə Sənan Ələkbərov 6 il, Teymur Rüstəmov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə şikayəti təmin etməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-11-2023, 09:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər