reklam
Regionxeberlericom.az » Hadisə » Məktəblərdə kamera görüntülərinin gizlədilməsi iddialarına aydınlıq gətirilib

reklam

Məktəblərdə kamera görüntülərinin gizlədilməsi iddialarına aydınlıq gətirilib


Məktəblərdə kamera görüntülərinin gizlədilməsi ilə bağlı iddialara aydınlıq gətirilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda məlumat verib.

O bildirib ki, iddia edilən kimi kamera görüntülərinin gizlədilməsi faktı varsa, həmin müəssisələrin rəhbərləri cəzalandırılmalıdır:

“89 saylı məktəbdə baş vermiş hadisə ilə bağlı araşdırma yekunlaşdıqdan sonra biz bu məsələni gündəmdə saxlayacağıq”.

Eşqi Bağırov qeyd edib ki, agentliyin tabeliyində 6 minə yaxın müəssisə var və qısa zamanda hamısında kameraların qoşulması üçün kifayət qədər resurs yoxdur:

“Arzularımız və resurslarımızın üst-üstə düşməməsi məsələsi var. Arzumuz odur ki, bütün müəssisələrimizdə kamera olsun. “Məktəblinin dostu” layihəsi çərçivəsində 200-ə yaxın məktəbdə kamera quraşdırılıb. Bu il Gəncə və Lənkəran şəhərləri də bu layihəyə qoşulacaq. Həmin regionların məktəblərində də kameraların quraşdırılmasına başlanılacaq”.




Paylaş:


Müəllif : Tarix:
28-11-2023, 12:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər