reklam
Regionxeberlericom.az » Hadisə » Toyda davada üç nəfər bıçaqlandı - Yenilənib

reklam

Toyda davada üç nəfər bıçaqlandı - Yenilənib
















Gəncədə bıçaqlanma hadisəsi olub.

Hadisə Mahrasa bağı adlanan ərazidə yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, polis əməkdaşları hadisə yerinə gələrək cinayət üzrə müvafiq araşdırmalar aparıblar.

Hazırda cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Gəncədə toyda bıçaqlan şəxslərin sayı üçə çatıb.

Bıçaqlanan üçüncü şəxs 1992-ci il təvəllüdlü Əli Musayevdir.

Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

"Qafqazinfo"





Paylaş:


Müəllif : Tarix:
10-12-2023, 00:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər