Pulu bankda yox, “yastıq altında” saxlayanlar... - “Qorxurlar ki, əllərindən alarlar”
“Banklardan kənarda nağd pulun həcmində artımlar davam edir”.
Bunu deputat Vüqar Bayramov deyib.
O bildirib ki, hazırda banklarda kənarda 14 milyard 941 milyon manat nağd vəsait var. Əgər bu ilin ilk 8 ayının yekunlarda evlərdə 14 milyard 604 milyon manat saxlanılırdısa, bu rəqəm 9 aylıq yekunlarda 14 milyard 741 milyon manat olub:
“Bu ilin ilk 10 ayında isə banklardan kənarda nağd pulun həcmi əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17 faiz artaraq 5 milyard manata çatmaqdadır”.
Deputat əlavə edib ki, "yastıq altında" böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil:
“Çünki potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsi ilə iqtisadiyyata yönəldilməsi mümkündür. Evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir.
Bu kontekstdən, zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu nağd vəsaitlərin banklar vasitəsi ilə real sektora yönəlməsinə gətirib çıxara bilər”.
Qeyd edək ki, son vaxtlar "yastıq altında" nağd pulun artması müxtəlif səbəblərlə izah edilir. Burada ilk səbəb kimi vətəndaşların banklara etibarının olmaması göstərilir. Belə ki, son illər ardıcıl olaraq bir neçə bankın bağlanması da burada əsas amil olaraq göstərilə bilər. Digər bir amil kimi əmanət faizləri də göstərilir ki, bunun da vətəndaşları banklardan uzaqlaşdırdığı deyilir.
Doğrudanmı, bu gün vətəndaşların "yastıq altındakı” pullarının həcminin armasında əsas səbəb banklara etibarın olmamasıdır?
İqtisadçı-ekspert Əkrəm Həsənov "Cebhe.info"-ya bildirib ki, bankların birləşdirilməsi elə bankların bağlanması deməkdir və burada kiçik bankların böyük banklara birləşdirilməsindən söhbət gedir:
"Bu da o deməkdir ki, kiçik banklar aradan çıxır, böyük banklar daha da böyüyür. Eləcə də kiçik banklar əgər fəaliyyət göstərə bilirsə, niyə gedib böyük banklara birləşməlidir? Dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ-da çox sayda kiçik banklar fəaliyyət göstərir. Məsələnin digər tərəfinə gəldikdə, vətəndaşların pullarını evdə saxlaması banklara etibarının olmamasından irəli gəlmir.
Çünki onsuz da banklarda əmanətlər qorunandır. Bir nəfərin bankda 100 min manata qədər əmanəti sığortalanır. Bu gün Azərbaycanda 23 bank var. Əksinə, bank nə qədər çox olsa, demək, hər birində 100 min manat saxlaya bilərsən və bu da qorunandır ki, bu da 2 milyon 300 min manat təşkil edir. Vətəndaşın pulu daha da çoxdursa, qohumların adına da yerləşdirə bilər.
Yəni problem banklara etibarsızlıq deyil, dövlətə olan etibarsızlıqdan gedir. Çünki vətəndaş qorxur ki, sabah gəlib deyərlər ki, bu qədər pul haradandır? Belə hallar artıq var. Qanun buna əslində icazə vermir. Hətta icazə versə belə, deyə bilərsən ki, babamdam qalıb və dövlət olaraq mənə sübut elə ki, cinayət yolu ilə qazanmışam".
Eksperin sözlərinə görə, bir çox dövlətlərdə vətəndaşların gəlir və xərc bəyannaməsi var, ölkəmizdə isə nəinki vətəndaşların, heç dövlət məmurlarının gəlir və xərc bəyannaməsi yoxdur:
"2005-ci ildə qanun qəbul edilib, indiyədək icra olunmur. Nazirlər Kabineti 18 ildən çoxdur bəyannamə formasını təsdiq etməyib. Bu ilin aprel ayında mən onu hazırlayıb Nazirlər Kabinetinə göndərdim və indiyədək cavab vermirlər. Biz heç məmurdan soruşa bilmirik ki, sənin pulun haradandır, təmtəraqlı geyinirsən, ailə üzvlərin xaricə gedir və s. Adi vətəndaşdan da soruşa bilmərik. Vətəndaş da qorxur. Ölkədə hamı bilir ki, qanunların icra səviyyəsi çox aşağıdır.
Buna görə də vətəndaş fikirləşir ki, pulu bankda saxlamayım, evdə saxlayım. Ancaq pullu adamlar bir hissəni bankda, bir hissəsini də evdə saxlayır, bir hissəsinə xaricdə daşınmaz əmlak alır. Banka çox pul qoyanda qorxur ki, bank bağlanar. İndi onu Əmanətlərin Sığortalanması Fondu həll edib. Ancaq dövlətdən də qorxur ki, gəlib əlindən alarlar. Evdə saxlamağa qorxur ki, oğrular, quldurlar gəlib aparar. Ona görə də bir hissəsini bir yerə, digər hissəsini başqa yerə qoyurlar.
Aydın məsələdir ki, kimin pulu çoxdursa, qanunsuz yolla, rüşvət, korrupsiya ilə əldə edib. Bu, yalnız Azərbaycanda belə deyil. Dünyanın bütün ölkələrində ilkin kapitalın mənbəyi cinayətdir. Söhbət ondan gedir ki, vətəndaşlar pulu banka qoymurlar, çünki inanmırlar".
Paylaş:
Müəllif : Yazar
Tarix:20-12-2023, 09:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər