Bakıda restoranın 85 min manatını ələ keçirən kababçı azadlığa buraxıldı
Bakıdakı məşhur restoranlardan birindən 85 min manatlıq ətin pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə restoranın kuryeri Radiq Mehdiyev və kababçı Natiq Qardaşova hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər.
İstintaq müddətində həbsdə saxlanılan N.Qardaşov 5 min manat cərimə edilərək məhkəmə salonundan azadlığa buraxılıb. Polisin nəzarəti altında olan Radiq Mehdiyevə də 5 min manat cərimə cəzası verilib.
Bildirilib ki, məhkəmə prosesində zərərçəkmiş iş adamı, restoranın icarədarı Şəmsəddin Hüseynov təqsirləndirilən şəxslərin artıq dəymiş ziyanı ödədiklərini bildirib və onlarla bağlı şikayətini geri çəkib.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-12-2023, 12:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər