“Zaurun bu qətldə iştirak etməsi ona atılan şər-böhtandan başqa bir şey deyil” - Həbsdəki dünya çempionunun vəkili danışdı
Binəqədidəki qəddar qətlə görə həbsə alınan dünya çempionu Zaur Yusifovun ev dustaqlığına buraxılacağı haqda yazmışdıq. Dustağın vəkili Ceyhun Yusifov “Yeni Müsavat”la əlaqə saxlayaraq həmin yazıda yer alan fikirlərlə razılaşmadığını qeyd edib. Vəkilin sözlərinə görə, törədilən cinayət hadisəsində Zaur Yusifovun heç bir günahı yoxdur: “Hadisə zamanı Zaur Yusifovun atası tərəfləri aralayıb və qolundan bıçaq xəsarəti alıb.
Ona görə də qanı axa-axa evə gedib. Bu zaman evdə olan Zaur Yusifov çölə çıxıb. Nəticədə həmin hadisənin baş verdiyini görüb. Zaur Yusifovun hadisənin baş verməsində heç bir formada iştirakı yoxdur. Zaur Yusifovun bu qətldə iştirak etməsi ona atılan şər-böhtandan başqa bir şey deyil. Bunu istintaq da, zərərçəkənlər də yaxşı bilirlər. Zaur Yusifova qarşı əsassız olaraq cinayət təqibi aparılır. İstintaqın da gedişatında müəyyən olunacaq ki, Zaur Yusifovun hadisənin baş verməsində, hadisə ilə heç bir əlaqəsi yoxdur. Zaur Yusifov əsassız olaraq bu gün etmədiyi cinayət görə həbsdə saxlanılır. Onun özü ilə yanaşı ailə üzvlərinə qarşı da qanunsuz cinayət təqibi davam edir. Bu gün işin obyektiv araşdırılmasının qarşısının alınması üçün belə xəbərlər yayılır”.
Ceyhun Yusifov deyir ki, müvəkkili ilə yanaşı ona qarşı da təzyiqlər var: “Paralel olaraq mənim barəmdə də yuxarı prokurorluq vasitəsi ilə təzyiq göstərilir. Hüquqi müdafiə düzgün qurulub və bu cür gedişat istintaqı aparanlara xoş deyil. Barəmdə Vəkillər Kollegiyasına əsassız şikayətlər edirlər”.
Ceyhun Yusifov deyir ki, bu günə qədər Zaur Yusifovun ailəsinə məxsus çay evinin yandırılması faktı araşdırılmamış qalıb: “Zaur Yusifovun atasına qarşı, qardaşına qarşı təzyiqlər davam edir, obyektləri yandırılır, ailə üzvləri təhqir olunurlar”.
Vəkil işin obyektiv araşdırılmasının həqiqətin ortaya çıxaracağına əminliyini də vurğulayıb.
Xatırladaq ki, “Emin 444" və ”Emin Masallinski" kimi tanınan Emin Səfərovun qətlini sifariş etməkdə ittiham olunan kikboksinq üzrə dünya çempionu Zaur Yusifovun barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti bitmək üzrədir. “Yeni Müsavat”a daxil olan məlumata görə, növbəti mərhələ üçün Zaur Yusifovun barəsində həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilə bilər. İddialara görə, o, ev dustaqlığına buraxıla bilər.
Qəddarlığına görə ölkəni silkələyən dəhşətli qətl bu il mayın 10-da törədilib. Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Səfərov 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində öldürülüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:7-09-2019, 12:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-09-2019, 12:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16