reklam
Regionxeberlericom.az » Hadisə » Oğlu tərəfindən öldürülən 48 yaşlı kişi həbsxanadan yeni çıxıbmış – Dəhşətli qətlin TƏFƏRRÜATI

reklam

Oğlu tərəfindən öldürülən 48 yaşlı kişi həbsxanadan yeni çıxıbmış – Dəhşətli qətlin TƏFƏRRÜATI

 

Balakəndə baş verən qətlin bəzi təfərrüatları bilinib.

Ötən gün Balakəndə baş verən dəhşətli qətl hadisəsi barədə məlumat vermişdik. 48 yaşlı kişini öldürməkdə şübhəli bilinən onun doğma oğlu, 15 yaşlı yeniyetmə saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata əsasən, qətlə yetirilən Qəhrəman Bayramov Birinci Qarabağ müharibəsi əlili olub.

O, iki oğlu və həyat yoldaşı ilə birlikdə dövlət tərəfindən əlillər üçün tikilmiş Balakən şəhərindəki bina evində yaşayıb.

Araşdırmalarla o da məlum olub ki, Qəhrəman Bayramov bir-neçə gün öncə həbsxanadan çıxıb. O, əvvəllər də məhkumluq həyatı yaşayıb. Mərhumun evində qapı bağlı olsa da, qonşulardan ailəsi barədə bəzi məlumatlar əldə edə bilmişik. Belə ki, qonşular qətlə yetirilən Qəhrəman Bayramovla ailəsi, eləcə də 15 yaşlı oğlunun arasında bu vaxta qədər hər hansı bir problemin yaşanmadığını bildirib, sakit bir həyat yaşadıqları diqqətə çatdırılıb. Dəfn mərasiminin hansı ünvanda keçirilməsi də araşdırma mövzusu olunca Qəhrəman Bayramovun yaxınları ilə əlaqə saxlamağa çalışdıq.

Məlum olub ki, mərhumun hüzür yeri qardaşı evində təşkil edilir. Bizi mərhumun yaxınları qarşılasa da, suallarımıza bacısı Zəminə Bayramova cavab verib.

Oğlu tərəfindən öldürülən 48 yaşlı kişi həbsxanadan yeni çıxıbmış 

Qadın iddia edib ki, qardaşı Balakən şəhərindəki evində öldürülüb və daha sonra ailə üzvləri tərəfindən rayonun İsaxlıgirmə yaşayış məntəqəsinə gətirilərək çaya atılıb.

Qeyd edək ki, Rayon polis şöbəsinin də yaydığı ilkin məlumatda 48 yaşlı Qəhrəman Bayramovun meyitinin İsaxlıgirmə yaşayış məntəqəsi ərazisində, Mazımçaydan tapıldığı qeyd olunmuşdu. Qətllə bağlı Balakən rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, dekabrın 23-də saat 13 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Qəhrəman Bayramovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oğlu tərəfindən öldürülən 48 yaşlı kişi həbsxanadan yeni çıxıbmış 

Araşdırmalarla yetkinlik yaşına çatmayan 15 yaşlı yeniyetmənin kəsici-deşici alətlə xəsarət yetirərək atası Qəhrəman Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir. Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.






Paylaş:


Müəllif : Tarix:
25-12-2023, 10:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər