reklam
Regionxeberlericom.az » Hadisə » Rusiyada məşhur serialın aktyoru 12 il əvvəl baş verən qətlə görə həbs edildi

reklam

Rusiyada məşhur serialın aktyoru 12 il əvvəl baş verən qətlə görə həbs edildi


















Moskvanın Zamoskvoretski Məhkəməsi “Slovo patsana” serialında epizodik rol oynayan aktyor Sergey Bazanovu həbs edib.

Bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

“Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi 2011-ci ildə törədilmiş qətldə şübhəli bilinən Sergey Yuryeviç Bazanov barəsində həbs qətimkan tədbiri seçib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi “g”, “z” bəndləri ilə (bir qrup şəxsin tərkibində tamah məqsədi ilə adam öldürmə) ittiham olunub. Məhkəmə onun barəsində 2024-cü il fevralın 20-dək iki ay müddətinə həbs-qətimkan tədbiri seçib”, - məlumatda deyilir.

Qeyd edilir ki, müstəntiqlərin fikrincə, Bazanov Moskvada quldurluq etmək üçün yaradılmış cinayətkar qrupun tərkibində olub:

“Müstəntiqlərin fikrincə, aktyorun da daxil olduğu dəstə Bolşoy Poluyaroslavski zolağında iş adamına hücum edib. Onun iştirakçıları tapança ilə qurbanın başına atəş açıb və 900 min dollar olan çantasını oğurlayıblar”.

Qeyd edək ki, Bazanov “Slovo patsana” (“Oğlanın sözü”) serialında “Universam” cinayətkar qrupunun üzvü Demid obrazını canlandırıb. Serial rusiyalı kino tənqidçilərinə görə 2023-cü ilin ən yaxşı Rusiya layihəsi elan edilib. Azərbaycan da serial böyük kütlə tərəfindən izlənilir.




Paylaş:


Müəllif : Tarix:
25-12-2023, 23:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər