reklam
Regionxeberlericom.az » Hadisə » Bayramda satmaq üçün Bakıya 24 kq narkotik gətirən şəxs tutuldu – Video

reklam

Bayramda satmaq üçün Bakıya 24 kq narkotik gətirən şəxs tutuldu – Video


















Bakı şəhərinə bayram ərəfəsində satmaq məqsədi ilə külli miqdarda narkotik maddələr gətirən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində keçirilən xüsusi əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini 1993-cü il təvəllüdlü İmamverdi İsgəndərov saxlanılıb.

“Onun üzərindən və avtomobilindən 24 kiloqram, o cümlədən 13 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən qurudulmuş marixuana, 7 kiloqram heroin, 4 kiloqram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

İ. İsgəndərov narkotikləri tanıdığı İran vətəndaşının tapşırığı ilə Astara rayonu ərazisindən gizlədilən yerdən Bakı şəhərində bayram ərəfəsində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir”, - məlumatda deyilir.




Paylaş:


Müəllif : Tarix:
27-12-2023, 13:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər