reklam
Regionxeberlericom.az » Hadisə » Qəzzadan gətirilən Azərbaycan vətəndaşlarının SAYI

reklam

Qəzzadan gətirilən Azərbaycan vətəndaşlarının SAYI


Türkiyədə baş vermiş zəlzələ nəticəsində 661 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunublar.

Xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyinin 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Qeyd edilib ki, aprelin 26-da Sudandakı vəziyyət ilə əlaqədar bu ölkədə yaşayan 26 Azərbaycan vətəndaşı ölkəmizə repatriasiya olunublar. Qəzza sektorundan (Fələstin) 12 nəfər Azərbaycan vətəndaşının ölkəmizə gətirilməsi istiqamətində əlaqələndirmə işləri aparılıb.

İl ərzində Suriyadan ölkəmizə 13 nəfər qadın, 49 nəfər uşaq olmaqla 62 nəfərin repatriasiyası həyata keçirilib. Eyni zamanda, İraqdan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası həyata keçirilib. Hazırda İraqda Azərbaycan vətəndaşlığı mənsubiyyəti müəyyənləşdirilmiş azyaşlı qalmayıb.




Paylaş:


Müəllif : Tarix:
28-12-2023, 18:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər