Maşınların şüşələrini sındıran yeniyetmələr saxlanıldı

Bakıda bir neçə avtomobilə ziyan vurmuş yeniyetmələr tutulub.
DİN-in Mətbuat xidməti xəbər verir ki, yanvarın 1-də saat 12 radələrində Qaraçuxur qəsəbəsindəki təmir sexindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ-nin 32-ci PB əməkdaşlarının keçirdiyi tədbirlərlə avtomobili qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onların təmir sexində olan “Mercedes” və “Toyota” markalı avtomobilləri əzmələri və şüşələrini sındırmaları, habelə “Hyundai” markalı avtomobilin şüşəsini sındıraraq qeydiyyat nişanlarını oğurlamaları da müəyyən olunub.
Araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-01-2024, 13:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-01-2024, 13:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
20-02-2025, 14:36
20-02-2025, 10:45
20-02-2025, 09:49

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR