reklam
Regionxeberlericom.az » Hadisə » Həbsdən çıxan baş həkim prokuror və müstəntiqdən şikayət etdi

reklam

Həbsdən çıxan baş həkim prokuror və müstəntiqdən şikayət etdi


Müğənni Dənizlə arasında məhkəmə çəkişməsi olan 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun bəbsdən buraxılma səbəbi məlum olub. 

Bu barədə Lent.az-a danışan vəkil İlqar Rüstəmov bildirib ki, müğənni Dəniz Əsədovanın onun müvəkkili barədə yaydığı məlumat yalandır.

“Siz Dəniz Əsədovaya istinadən yazmsınız ki, ev dustaqlığında olan 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarov başqa bir vətəndaşa qarşı dələduzluq etdiyi üçün dekabrın 23-də məhkəmənin qərarı ilə həbs edilib. 30 dekabrda isə Apellyasiya Məhkəməsi onun barəsindəki həbs qərarını ləğv edib. Bildirilir ki, R. İsfəndiyarov vətəndaşa dəymiş ziyanı ödədiyi üçün azadlığa buraxılıb. Birinci Rauf İsfəndiyarov ona görə azadlığa buraxılıb ki, Xətai Rayon Məhkəməsinin 2023-cü il 23 dekabr tarixli qərarı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib. Rauf İsfəndiyarov barəsində seçilmiş həbs qəti imkan tədbiri ləğv olunub. Bizim tərəfimizdən müraciət olunub. Müraciətdə göstərilib ki, şəxs eyni hala görə ikinci dəfə məsuliyyətə cəlb olunub, bu da qanunvericiliyin tələbinin pozulmasıdır. Bu səbəb əsas götürülərək həmin qərar ləğv olunub. Məhkəmə işin mahiyyəti üzrə yox, həbs qətimkan tədbiri üzrə baxıb. Bundan əvvəl Rauf İsfəndiyarov tərəfindən ərizə ilə müraciət edilib, həmin işə başqa istintaq orqanı tərəfindən baxılması barədə məlumat verilib. Buna baxmayaraq barəsində cinayət işi başladılıb. Buna görə də biz qanunsuz hərəkət göstərdiyinə görə, Xətai Rayon Polis İdarəsinin müstəntiqi və prokuroru barədə Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət etmişik. Əslində onlar bunu bilə-bilə ediblərsə, bu konkret cinayət əməlidir”. 

İ.Rüstəmov həmçinin bildirib ki, bu məhkəmənin müğənni Dəniz Əsədovaya heç bir aidiyyəti yoxdur: “O, bu məhkəmə işində nə şahid, nə şübhəli, nə təqsirləndirilən şəxs qismində iştirak etmir. Bu adam bu işdə iştirak etmir. Belə olan halda o niyə özünə aidiyyəti olmayan bir işlə bağlı məlumat yayır? Belə çıxır ki, yalan məlumat yayır”.




Paylaş:


Müəllif : Tarix:
8-01-2024, 19:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər