Rusiya məhkəməsi Turalın həbs müddətini uzadıb
Sankt-Peterburqun Oktyabrski Rayon Məhkəməsi 18 yaşlı azərbaycanlı bloqer Tural Məmmədovun həbs müddətini fevralın 15-nə qədər uzadıb.
Rusiya mediası xəbər verir ki, T.Məmmədov və vəkili qərara etiraz edib və ev həbsi istəyiblər.
Məmmədov məhkəmə zamanı qeyd edib ki, qaçmaq niyyətində deyil. Onun sözlərinə görə, Azərbaycana isə qohumlarına baş çəkmək üçün gəlib. Buna baxmayaraq, məhkəmə bu tələbi qəbul etməyib.
Xatırladaq ki, Tural Məmmədov 2023-cü il oktyabrın 27-si beynəlxalq axtarışa verilib. O, Sankt-Peterburqda sakinlərə hücum edərək hadisənin görüntülərini lentə alan yeniyetmələrdən ibarət dəstənin başçısı kimi axtarılıb. Rusiya mediası yazırdı ki, yeniyetmələr sakinlərə hücum etdikləri anın görüntülərini teleqram kanallarında yaydıqdan sonra məşhurlaşıblar. Məsələ ilə bağlı Rusiyada cinayət işi başladılıb. Sözügedən dəstənin 10 üzvü saxlanılıb. Rusiya mediası daha sonra T.Məmmədovun Azərbaycanda saxlanıldığını açıqlayıb. T.Məmmədov ötən il noyabrın 15-i ölkəmizdən Rusiyaya ekstradisiya edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-01-2024, 16:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər