Azərbaycanlı aeroportda 10 milyonluq qızılla tutuldu
Moskvanın “Domodedovo” hava limanının gömrükçüləri Azərbaycan vətəndaşını üzərində on milyon rubl (təxminən 190 min manat) dəyərində markalı qızıl-zinət əşyaları ilə saxlayıb.
Regionxeberlericom.az Rusiya KİV-ə istinadla bildirir ki, bu barədə Federal Gömrük Xidmətindən məlumat verilib.
Məlumata əsasən, Bakıdan uçan 35 yaşlı əcnəbi gömrük rüsumunu ödəmədən Rusiyaya 2,4 milyon rubl (təxminən 45 min 600 manat) dəyərində qızıl-zinət əşyaları gətirmək istəsə də, yaxalanıb. Müfəttişlər onun bel çantasında “Bvlgari” saatı, “Qrisogono” üzüyü və brilyant, beril, eləcə də korund əlavələri olan qızıldan hazırlanmış “Graff “sırğaları aşkar ediblər.
Federal Gömrük Xidməti bildirib ki, həmin şəxsin yanında mavi sapfir sertifikatı olub, lakin qiymətli daşın özü yoxdur. Məlum olub ki, o, qızıl üzükdə bərkidilib. Qaçaqmalçını 7 ilə qədər həbs cəzası gözlədiyi ehtimal edilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-01-2024, 17:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər