Bakıda su təmizdirsə, sarılıq niyə yayılır? - Məşhur həkimdən ETİRAZ
Son günlərdə paytaxtın bir sıra qəsəbələrində sarılıq xəstəliyi kimi tanınan Hepatit A virusuna yoluxma halları artıb.
Sakinlər yoluxmanın Bakının Əmircan və Bülbülə qəsəbələrində verilən su vasitəsilə yayıldığını iddia edirlər. Səhiyyə Nazirliyi də bu gün yaydığı məlumatda ötən ilin son aylarından başlayaraq, ölkənin ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma hallarının qeydə alınması ilə bağlı məlumat yayıb.
2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə “Hepatit A” diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub. Qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib.
Səhiyyə Nazirliyi yaydığı məlumatda bildirib ki, “Azərsu” ASC tərəfindən əhaliyə verilən içməli suyun mikrobioloji göstəricilərinin ölkədə qüvvədə olan dövlət standart və normalarına cavab verdiyi müəyyən edilib.
Bəs o zaman xəstəlik necə yayılıb?
Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, adətən sarılıq fekal-oral yolu ilə yayılır:
“Mədə-bağırsaq sistemində yaranan sarılıq nəcislə xaric olanda, həmin nəcislə kontaktda olan uşaq sarılıq xəstəliyinə yoluxur. Adətən inkubasiya dövrü 1 həftə, 10 gün çəkir. Həmin dövrdə xəstə infeksiyanı başqalarına yoluxdura bilir. Xəstəliyi yaymamaq üçün də müalicəni vaxtında etmək lazımdır. Su xəttinə kanalizasiya xətti qoşulanda kanalizasiyanın çirkli suyu su xəttinə keçir. Nəticədə sarılıq yayıla bilir. Yəni suyun özü bu xəstəliyi yaratmır. Ona kanalizasiya qoşulmalıdır ki, xəstəlik yaransın".
Paylaş:
Müəllif : Yazar
Tarix:23-01-2024, 20:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər