reklam
Regionxeberlericom.az » Hadisə » Milyarderdən Rusiya rəhbərliyinə XƏYANƏT - Özü ilə sərvət apardı

reklam

Milyarderdən Rusiya rəhbərliyinə XƏYANƏT - Özü ilə sərvət apardı

 

Rusiyalı multimilyarder Andrey Berezin Avropaya qaçıb.

Xarici KİV xəbər verir ki, söhbət Rusiyada çox məşhur olan Euroinvest holdinqinin sahibi, Sankt-Peterburq vilayətinin qubernatoru Aleksandr Drozdenkonun ən yaxın dostundan gedir.

Qeyd edək ki, Andrey Berezin axır vaxtlar hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşmüşdü.

Andrey Berezin qubernator Aleksandr Drozdenko ilə dostluğuna görə, Sankt-Peterburqda at oynadırdı. Berezin ailəsi və onun yaxın biznes tərəfdaşları çoxdan Rusiya Federasiyasının ərazisini tərk etməyi planlaşdırırdılar. Onlar sanksiyalara məruz qalmaqdan çox qorxurdular, buna görə də bu baxımdan şübhəli olan bütün mal varlığına sahibliklərindən imtina edirdilər. Bununla belə, oliqarxın qəfil gedişi Rusiyanın Svetlana PJSC-nin faktiki məhv edilməsində maraqlı olan hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqəti ilə bağlı idi. Qeyd edək ki, onun şirkəti Rusiya Müdafiə Nazirliyinin ehtiyacları da daxil olmaqla güclü elektronika istehsal edirdi. Oliqarxın mal varlığının böyük hissəsinin qanuni olması  şübhə altına düşüb. Buna görə də o qaçmağı üstün tutub. Bir sözlə oliqarxın, yumşaq desək, vətənini unutduracaq çox səbəbləri var.


Aleksandr Drozdenko

Bununla belə, mənbələr əminliklə iddia edirlər ki, Berezin xaricdə özünü çox rahat hiss edir. Əlbəttə ki, Rusiya Federasiyasından şəriklərinin köməkliyi ilə çıxardığı 150 milyon dollar onu rahat etdirir. Britaniyaya məxsus adalarının birində Raquelfar Нoldings və Lerdare Enterprises şirkətlərinin hesablarında sakitcə dincəlir.

Sonda onu bildirək ki, bu vəziyyəti izləmək açıq-aydın maraqlı olacaq! Görək satqınları bağışlamayan Rusiya rəhbərliyi bu dəfə nə edəcək?





Paylaş:


Müəllif : Tarix:
25-01-2024, 16:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər