Osman Nərimanoğluya hökm oxundu
“Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, O.Nərimanoğlu hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, o, 2022-ci ildə həbs edilib. İttihama görə, Nərimanoğlu Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov, Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev, həmin xəstəxananın həkimi Rəşad Əkbərov və daha 4 nəfər barəsində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələb etdiyinə görə tutulub.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-01-2024, 18:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər