Moskvadakı Satira Teatrında yanğın olub
Rusiyanın paytaxtı Moskvanın Zəfər meydanında yerləşən Akademik Satira Teatrında yanğın hadisəsi baş verib.
TASS xəbər verir ki, binadan 50 nəfər təxliyə edilib.
Qeyd olunub ki, rəsmi qurumlar tərəfindən ölən və yaralananların olmasına dair hər hansı məlumat verilməyib.
Nə baş verib?
Satira Teatrında yanğın ilk tamaşanın başlamasına bir saat qalmış Moskva vaxtı ilə saat 11:00 (Bakı vaxtı ilə 12:00) radələrində başlayıb;
İlk yanğınsöndürənlər hadisə yerinə çatanda binanın damından tüstü qalxırdı;
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının sahəsi 250 kvadratmetrdir;
Hadisə yerinə 76 yanğınsöndürən, 21 əlavə texnika, həmçinin xilasetmə qüvvələri və yanğınsöndürənlər cəlb olunub;
Binadan 50 nəfər təxliyə edilib.
Bildirilir ki, binaya girişin məhdud olması yanğının söndürülməsini çətinləşdirir.
Paytaxt prokurorluğu qurbanlar barədə məlumatın olmadığını vurğulayıb. Qeyd olunub ki, teatrın binasında baş verən yanğının baş vermə şəraitinin və səbəblərinin müəyyən edilməsinə prokurorluq nəzarət edir.
İlkin ehtimala görə, qəzaya səbəb təmir işləri zamanı təhlükəsizlik qaydalarının pozulması ola bilər. Belə ki, teatr binasının bir hissəsi yenidən qurulur. Orada təmir-tikinti işləri aparılıb, teatrın günbəzi bu yaxınlarda təmir olunub, dam örtüyü dəyişdirilib.
Satira Teatrı qarşıdan gələn tamaşasını ləğv edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-01-2024, 15:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər