Lənkəranda məktəb qəzalı vəziyyətdədir - Fotolar
Lənkəranda yerləşən 9 saylı tam orta məktəb qəzalı vəziyyətdədir.
Bu şikayətlə “Qafqazinfo”ya övladı həmin məktəbdə təhsil alan bir qrup valideyn müraciət edib.
Onların sözlərinə görə, məktəbin tavanı qırıq olduğundan yağış suları içəri tökülür. Köhnə tikilinin divarları uçulub dağılır, sinif otaqlarının döşəməsi sıradan çıxıb. Sakinlər yeni məktəb binasının inşasına ehtiyac olduğunu bildirirlər.
Problemlə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, hazırda şagirdlərin yeni məktəbə köçürülməsi planlaşdırılır: “Lənkəran şəhərində təmirə ehtiyacı olan təhsil müəssisələrindən biri də R.Bədəlov adına şəhər 9 nömrəli tam orta məktəbdir. Aparılan müşahidələr onu göstərir ki, məktəb binasının təmirə ehtiyacı olması həmin məktəbdə tədris alan şagirdlərimizin təhsili üçün müəyyən çətinliklər yaradır.
Odur ki, qeyd olunan problemin aradan qaldırılması üçün Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən mümkün imkanlar qiymətləndirilib və şəhər 9 nömrəli tam orta məktəbin öz fəaliyyətini müvəqqəti olaraq həmin təhsil müəssisəsindən 1 km məsafədə yerləşən A.Məhərrəmov adına şəhər 7 nömrəli tam orta məktəbdə davam etdirməsi ilkin mərhələdə uyğun hesab edilib. Məktəbin köçürülməsinin yaxın günlərdə icra olunması planlaşdırılır”.
Məlumatda qeyd olunub ki, 495 şagirdin təhsil aldığı Lənkəran şəhər R.Bədəlov adına 9 nömrəli tam orta məktəb 1971-ci ildən fəaliyyət göstərir. Lənkəran Astara Regional Təhsil İdarəsi üzrə 2023-cü ildə bir sıra təhsil müəssisələrində əsaslı təmir olmaqla ümumilikdə 90 dan çox təhsil müəssisəsində təmir və tikinti işləri həyata keçirilib.
Açıqlamada əlavə edilib ki, ötən həftə Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin fəaliyyəti də 2 və 4 nömrəli məktəblərdə təşkil edilib. Şagirdlər hazırda həmin məktəblərdə öz təhsillərini davam etdirirlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-01-2024, 14:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər