Zabratda 8-ci sinif şagirdi 7 nəfər tərəfindən DÖYÜLÜB - VİDEO
Sabunçu rayonunun Zabrat qəsəbəsində məktəbli 7 nəfər yeniiyetmə tərəfindən döyülüb, dəfələrlə psixoloji təzyiqə və şantaja məruz qalıb.
Bu barədə Bizim.Media-ya döyülən şagirdin anası Ayşə Cabbarova şikayətlənib.
Dediyinə görə, oğlu bir aydır ki, onunla hazırlığa gedən 7 nəfər tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalıb. Hadisədən isə yenicə xəbər tutub:
“Sən demə oğlum bir aydır ki, nələr çəkiir… Məndən isə gözünü qorxutduqları üçün gizlədib. Oğlum Zabrat qəsəbəsi 75 nömrəli məktəbin 8-ci sinfində oxuyur. Amma bu hadisə məktəbdə deyil, hazırlıqdan çıxanda baş verib. Əslində yanvarın 1-dən uşağım təzyiq altındadır. Oğlumu döyənlər 2007-ci il təvəllüdlü, 7 nəfərdir. Bildiyim qədər onlar Zabratda deyil, digər yaxın qəsəbələrdə yaşayırlar. Amma oğlumla eyni müəllimin yanına hazırlığa gəlirlər.
Hazırlıqdan çıxanda hər dəfə uşağın qarşısnı kəsib,. 2, 3 və 5 manatını alıblar. “Sən istədiyim qıza söz atırsan” deyib bıçaqla hədələyiblər. Sonra isə döyüb videoya çəkiblər. Mənim isə bütün bunlardan xəbərim olmayıb. İki gün öncə oğlumun telefonuna gələn mesajdan sonra olaydan tam olaraq xəbər tutmuşam”.
Ana bildirib ki, məsələ ilə bağlı bu gün Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə ərizə ilə müraciət edib:
“Oğlumu elə həddə çatdırıblar ki, sən demə özünü öldürmək istəyibmiş. Döyənin adı Məhəmmədəlidir, oğluma mesaj yazmışdı ki, “gözümüzə görünmə, səni öldürəcəyik. Sən filankəsə sataşmısan. Oğlumdan soruşuram ki, nə məsələdir, kimə sataşmısan? İsrarla heç nə etmədiyini deyir. Uşağı elə qorxudublar ki, mənim adımdan onlara “xala qurban, mehriban olun” deyə yazıb.
Digər uşaqların valideynlərini tapmamışam. Döyənin valideyninə isə şikayətimi bildirmişəm. Deyir, “uşağıma şər-böhtan atırsan”, döyülmə anını əks etdirən videonu atmışam. Mənə yazıb ki, şikayətçi olmayın. Mən övladımı məktəbə və hazırlığa qorxa-qorxa buraxmalıyam? Bu nə özbaşınalıqdır?
Bu dələduzların cəzalanmasını istəyirəm. Oğlumun psixologiyası pozulub. Onu toparlamaq çox çətin olacaq. Əslində oğlum idmançıdır, deyir cavablarını verə bilərdim, sadəcə üzərlərində bıçaq olduğu üçün çəkindim”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə bu barədə müraciət bu gün daxil olub və məsələ araşdırılır.
video burada
https://player.bizim.media?v=26549&share_user_id=
Paylaş:
Müəllif : Yazar
Tarix:29-01-2024, 17:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər