“Qanuni oğrular”a qarşı “ov” – “Lotu Quli”nin dostu saxlanıldı
Qazaxıstanın xüsusi xidmət orqanları bu yaxınlarda ölkələrinə aidiyyəti olan “qanuni oğru”lardan danışıb. Əvvəlcə onu qeyd edək ki, artıq neçə aydır ki, Orta Asiyada mütəşəkkil cinayətkarlığa və onun rəhbərlərinə qarşı mübarizə ən yüksək səviyyədə başlayıb.
Xarici KİV xəbər verir ki, ilk yaxalanan qurban daha çox “Kamçı Kolbayev” kimi tanınan kriminal bos qırğız Kamçıbek Asanbek olub. Bu hadisədən sonra regiondakı cinayətkar nümayəndələr ehtiyatlı davranmağa başladılar.
Bu il qışın əvvəlində Özbəkistanda da kriminal avtoritetlərin kütləvi həbsləri başladı. Saxlananlardan birincisi “Səidəziz medqorodok” ləqəbi ilə tanınan Səidəziz Səidəliyev idi. Daha sonra ölkənin ən nüfuzlu “avtoritetlərindən” biri, “Səlimbay” və “Salmboyvaçça” ləqəbləri ilə tanınan Səlim Əbdüvəliyevin saxlanılması ilə bağlı məlumat yayılıb.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi “qanuni oğru”lar S.Camanayev və B.Sturuanın islah müəssisələrində cəza çəkdiyini təsdiqləyiblər. Qeyd edək ki, komitənin açıqlamasında söhbət “Serik qolova” ləqəbli Serik Camanayev və “Bondo Qazaxıstanskiy” kimi tanınan Bondo Sturuayadan gedir. Onlardan birincisi 19 il, ikincisi 22 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, Serik Camanayev azərbaycanlı əfsanəvi “qanuni oğru” “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın dostlarından biri olub.
Bundan başqa, Təhlükəsizlik Komitəsinin məlumatına görə, Qazaxıstanın daha iki vətəndaşı oxşar statusa malikdir - kriminal dairələrdə “Samar” ləqəbi ilə tanınan, Yunanıstanda “taclandırılan” “qanuni oğru” Samarkan Axmetov. O, 10 ildən artıq beynəlxalq axtarışda idi. Lakin bu ilin yanvarında o, Almatı hava limanına gələrkən saxta sənədlərlə sərhədi keçmək istəyərkən saxlanılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-01-2024, 16:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər