reklam
Regionxeberlericom.az » Hadisə » Yeni doğulan körpə öldü, həkimlərə cinayət işi açıldı

reklam

Yeni doğulan körpə öldü, həkimlərə cinayət işi açıldı


Ötən il noyabrın 4-də Sabirabad rayon sakini 1989-cu il təvəllüdlü Günay Ağayevanın Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Regional Perinatal Mərkəzin doğum evində yeni doğulmuş uşağın ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Sabirabad rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla qeyd olunan Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudova və həkimneonatoloqu Gülnarə İmanova tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi, yəni doğuşdan öncə dölün vəziyyəti düzgün qiymətləndirilməməsi, Günay Ağayevaya diaqnozun düzgün təyin edilməməsi, tibbi göstəriş olmasına baxmayaq əməliyyatın gecikdirilməsi, həmçinin yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.




Paylaş:


Müəllif : Tarix:
2-02-2024, 16:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər