reklam
Regionxeberlericom.az » Hadisə » Macarıstan axtarışda olan Əli Hüseynovu Azərbaycana təhvil verdi

reklam

Macarıstan axtarışda olan Əli Hüseynovu Azərbaycana təhvil verdi


Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən verilən xəbərə görə, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilmiş Əli Hüseynovun yeri Macarıstan Respublikasında müəyyən olunub və o, həbs edilib.

Həmin şəxsin ekstradisiyası ilə bağlı nazirliyin sorğusu və təqdim etdiyi beynəlxalq prosedurlara uyğun bütün tələb olunan sənədlər əsasında razılıq əldə olunaraq Ə.Hüseynov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Macarıstandan ölkəmizə gətirilib. Məhkəmənin həbs qərarına əsasən o, Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə tədbirlər davam etdirilərək cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilir, cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.

Qeyd edək ki, ötən ay beynəlxalq axtarışda olan bir nəfər Kolumbiyadan gətirilib, kiber- və mülkiyyət əleyhinə cinayətləri törədən 2 şəxsin isə Avropa dövlətlərindən Azərbaycana ekstradisiyası məsələsi artıq razılaşdırılıb.




Paylaş:


Müəllif : Tarix:
3-02-2024, 09:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər