reklam
Regionxeberlericom.az » Hadisə » Bəzi yerlərdə külək güclənib - FAKTİKİ HAVA

reklam

Bəzi yerlərdə külək güclənib - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin fevralın 6-si saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi qərb küləyi bəzi yerlərdə arabir güclənib. Hava şəraiti 5-i axşam bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olub, qar yağıb. 

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 25 m/s,  Daşkəsəndə 30 m/s, Yardımlı, Qobustanda 24 m/s, Lerikdə 22 m/s, İsmayıllı, Göyçayda 18 m/s, Sabirabad, Altıağacda 17 m/s, Naftalan, Quba, Gədəbəydə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.  

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.7  metrə çatıb.    

Qar örtüyünün hündürlüyü Ordubadda 37 sm, Qaxda (Sarıbaş) 33 sm, Qrızda 5 sm, Gədəbəy, Sədərəkdə 3 sm, Qusarda 2 sm, Quba, Şahbuzda 1 sm olub.  

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17,  Naxçıvan MR-da 9,  Aran rayonlarında 16, dağlıq rayonlarda 10 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5  dərəcəyədək şaxta olub.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı axşamadək davam edəcək.




Paylaş:


Müəllif : Tarix:
6-02-2024, 09:37
Sikayət   


loading...
Загрузка...