reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda telefonla yüksək səslə danışan tələbə HƏBS EDİLDİ

reklam

Bakıda telefonla yüksək səslə danışan tələbə HƏBS EDİLDİ


Bakıda Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi həbs edilib.

Kürdəmir sakini, 2004-cü il təvəllüdlü Asəf Yusifov (şərti) Xətai rayonu ərazisində polis tərəfindən saxlanılıb.

İttihama əsasən, o, metronun “Əhmədli” stansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsində telefonla yüksək səslə söyüşlə danışarkən saxlanılıb. Bu zaman 2-ci kurs tələbəsi müqavimət göstərib.

Barəsində Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilən tələbə məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası verilib.




Paylaş:


Müəllif : Tarix:
8-02-2024, 10:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər