Bakıda iki “KamAZ” qaçırılıb
Fevralın 4-nə keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Fətəliyev saxlanılıb.
“Polis əməkdaşları həmin avtomobili onunla birlikdə Abşeron rayonunun Çaylı kəndində hissələrə bölüb satmaqda şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş Urfan Əhmədovu da müəyyən edərək saxlayıblar.
E.Fətəliyevin M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən daha bir “KamAZ” markalı avtomobili qaçırması da müəyyən olunub.
Həmin avtomobil də polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində tapılıb.
Araşdırma aparılır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-02-2024, 11:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

QUDASININ ADI RUS ŞƏBƏKƏSİ İLƏ HALLANAN İCRA BAŞÇISI... - Niyazi Bayramov və kürəkəni susur -FOTOLAR

Ağgöldə yegerlərin brakonyerlik fəaliyyəti - Rahim Gəncəliyev, dəstəsi və himayədar Ceyhun...