İrandan gətirilən 33 kilo narkotik ələ keçirildi
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə daxil olmuş 33 kiloqram narkotik vasitə, psixotrop maddə və həblərin paytaxt ərazisinə çatdırılaraq burada realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Ərçivan qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Bakı şəhər sakini, hazırda narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, dövlət sərhəddini qanunsuz keçmə maddələri ilə axtarışda olan, əvvəllər isə Cinayət Məcəlləsinin oğurluq, xuliqanlıq, əmlakı qəsdən məhvetmə və ya zədələmə, hədə-qorxu ilə tələbetmə və digər maddələrilə məhkum olunmuş Aqil Şirəliyev "Chevrolet Nexia" markalı avtomobildə saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerindən A.Şirəliyevə məxsus iki ədəd torbadan umumilikdə 15 kiloqram heroin, 16 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 1000 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Saxlanılan şəxsin ölkəyə İrandan qaçaqmalçılıq yolu gətirilmiş həmin narkotik vasitələri pul qarşılığında paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. A.Şirəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən Astara rayonunda son 1 ay ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 11 ədəd müvafiq sənədləri olmadan qanunsuz saxlanılan ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-02-2024, 10:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı

Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,…