Əzizənin işində yeni detallar
Arvadının sifarişi əsasında öldürüldüyü iddia edilən iş adamı Əli Seyidlinin qətli ilə bağlı məhkəmə araşdırması davam edir.
Məlumata görə, bu iş üzrə 4 nəfər - Əzizə Seyidova, Mehdi Məmmədli, Elnur Əliyev və Bəxtiyar Fərzəliyev mühakimə olunur.
İttihamda deyilir ki, 23 yaşlı Ə.Seyidova digər təqsirləndirilən şəxslərə ərini öldürməyi sifariş verib. Lakin Əzizə ittihamla razılaşmır, ərini öldürtdürmədiyini deyir. Digər müttəhimlər isə özlərini qismən təqsirli bilirlər.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən budəfəki iclasda Əzizənin xalası və mərhum Əlinin işçiləri olmuş şəxslər ifadə veriblər. Gülmirə Quliyeva (şərti) Əzizənin xalasıdır. Onu bu işə bağlayan tək Əzizənin xalası olması deyil, həm də təqsirləndirilən Mehdi Məmmədli ilə əvvəllər münasibətinin olmasıdır.
Gülmirənin dediyinə görə, ərindən boşandıqdan bir müddət sonra yaxınlarının təklifi ilə Mehdi ilə tanış olub. Əzizə ilə Mehdi də bu elçilikdə tanış olublar: “Əzizəni mən böyütmüşəm. Elə olurdu həftələrlə bizdə qalırdı. Mehdi bizə elçi gələn gün də bizdə idi. İlk tanışlıqları da həmin gün olub. Mehdi ilə təxminən iki ay davam etdi. Onun mənə uyğun biri olmadığını gördüm. Ayrıldıq”.
İstintaq materiallarına əsasən, Mehdi Gülmirə ilə evlənmək ərəfəsində olarkən eyni zamanda Əzizə ilə danışıb. Gülmirə özü də Mehdinin bacısı qızı ilə maraqlandığını təsdiqləyib: “Ayrılandan sonra bildim ki, Mehdinin Əzizə ilə münasibəti olub. Birlikdə olduğumuz iki ayda isə məlumatım yox idi”.
Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsində də bu haqda danışıb. Yazılı ifadədən görünür ki, Əzizənin mərhum əri ilə münasibətləri pozulubmuş. Hətta boşanmaq fikrinə belə düşüblərmiş. Həmin vaxtlarda Mehdi Əzizəni axtarıb: “Mehdi mənə zəng etdi, Əzizənin nömrəsini istədi. Dedi ki, Əzizənin əri ilə münasibətləri pisdir. “Bizim işimizə qarışma!” deyib telefonu söndürdüm. Onu da deyim ki, həmin vaxt Əzizə də ərindən boşanma ərəfəsində idi”.
“Mehdidən nəyə görə soruşmadız ki, bacınız qızı ilə niyə maraqlanır, məqsədi nədir?”, - prokuror Cövdət Mehrəliyev soruşub.
Şahid “sadəcə marağını səmimi qəbul etdim”, - deyərək cavab verib.
Mehdinin Gülmirədən ayrılandan sonra zəng edib Əzizəni maraqlanması və nömrəsini axtarması onun Əzizə ilə əvvəldən münasibətinin olmasını sual altında saxlayır. Mehdi və Əzizə özləri də münasibətlərinin olmasını israrla inkar ediblər
Prosesin davamında ifadə vermək üçün zərərçəkmişin işçisi olmuş Nigar Məmmədova (şərti) zala dəvət edilib. Şahidin Əli ilə işçi-müdir münasibətindən əlavə yaxınlığı olub. Bir müdət sevgili olublar: “İş əsnasında aramızda münasibət yarandı, görüşməyə başladıq. Amma mənimlə birgə olduğu vaxtda ailəli olduğunu bilmirdim. Mənə boşandığını demişdi. Hətta sübut üçün bir məhkəmə sənədi göstərmişdi. İki ay sonra həyat yoldaşından ayrılmadığını öyrəndim. Bundan sonra münasibətimiz bitdi. Sonda da işdən çıxdım.”
Mərhum Əlinin yaxın dostu olmuş İbrahim İmamquliyev də şahid qismində ifadə verib. Əli qətlə yetirilməzdən əvvəl onunla birlikdə olub. Ayrılandan 40 dəqiqə sonra isə ölümünü eşidib: “Əli ilə həm qonşu həm yaxın dost idik. Hadisə günü də birlikdə idik. Əliyə evdən zəng gəldi, yeməyə çağırdılar. Evə gedəndə də öldürülüb. Əlinin ailə münasibətinə gəlincə onu deyə bilərəm ki, Əzizə çox qısqanc idi. Tez-tez zəng edir, harada olduğunu soruşurdu.”
İş üzrə növbəti proses aprelin 5-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin martında Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. İttihamda qətlin sifarişçisi Əzizə Seyidova, sifarişin əsas icraçısı Mehdi Məmmədov və onun dostları Bəxtiyar Fərzəliyev və Elvin Əliyev göstərilib.
İttihamda deyilir ki, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə "siçan dərmanı" qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-02-2024, 15:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər