reklam
Regionxeberlericom.az » Hadisə » Bəhram Rüstəmova 7 il 6 ay həbs verildi

reklam

Bəhram Rüstəmova 7 il 6 ay həbs verildi


Dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “bəyaztv.az” saytının rəhbəri 1972-ci il təvəllüdlü Bəhram Rüstəmova hökm oxunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə B.Rüstəmov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 182.2.2-ci (Xeyli miqdarda dələduzluq, təkrar dələduzluq, hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinib.

İttihamda qeyd edilib ki, B.Rüstəmov müharibə iştirakçısı olan 10 nəfərə yaxın şəxsə əlillik dərəcələrinin alınması və ya əlilliyin bərpası vədi verib. O, həmin şəxslərdən xeyli miqdarda pul alıb. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Göygöl Rayon Şöbəsinin müdiri, Samux rayonu Sərkar kənd musiqi məktəbinin və həmin kənddəki orta məktəbinin direktorları da zərərçəkmiş şəxs qismində tanınıb.

Sayt rəhbərinin vəzifəli şəxsləri rüsvay etmə hədəsi ilə şantaj edərək pul alması bildirilib. Məhkəmədə B.Rüstəmov özünü qeyd edilən əməllər üzrə qismən təqsirli bilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Rüstəmova 7 il 6 ay həbs cəzası verilib.




Paylaş:


Müəllif : Tarix:
19-02-2024, 16:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər