Azərbaycanda tələbələr dəm qazından zəhərləniblər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri dəm qazından zəhərləniblər.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə fevralın 21-dən 22-ə keçən gecə Şəki şəhəri Könül Qəhrəmanova küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib.
Evdə kirayənişin kimi yaşayan 2006-cı il təvəllüdlü Rəvan Hətəmxan oğlu Xavəvi, 2005-ci il təvəllüdlü Kamil Qabil oğlu Məmmədli, 2005-ci il təvəllüdlü Ülvi Mirverdi oğlu Bəbirbəyli, 2003-cü il təvəllüdlü Musallif Qılman oğlu Bəşirov, 2006-cı il təvəllüdlü Emil Nuşiravan oğlu Məmmədov və 2002-ci il təvəllüdlü İmran Azadoviç Adimov dəm qazından zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadasının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Dəm qazından zəhərlənən şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş olduğu üçün gecə saat 02:30-da evə buraxılıblar.
Dəm qazından zəhərlənən şəxslərin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-02-2024, 08:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər