Rüşvətə görə həbs edilən prokuror köməkçisi cəzaçəkmə müəssisəsinə köçürülüb
Rüşvət almaqda təqsirləndirilərək həbs edilən İsmayıllı rayonunun sabiq prokuroru Ülvi Abbasovun böyük köməkçisi Faiq Quliyev cəzaçəkmə müəssisəsinə köçürülüb.
regionxeberlericom.az-un ONA-a istinadən xəbərinə görə, Şəki Apellyasiya Məhkəməsinin qərarından sonra F. Quliyev Şəki İstintaq Təcridxanasından çıxarılıb. O, Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ü. Abbasov 9 il, F. Quliyev isə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Verilən apellyasiya şikayətindən sonra Ü. Abbasova şərti cəza verilib, o, məhkəmə zalından azadlığa buraxılıb. F. Quliyevin 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası isə 6 ilə endirilib.
Xatırladaq ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi F. Quliyev 2018-ci ilin iyulun 14-də həbs olunub. O, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə külli miqdarda pul vəsaitini rüşvət kimi alıb. O, İsmayıllı rayon prokurorluğunun inzibati binasında rüşvəti A.Əliyevdən şəxsən alan zaman iş başında yaxalanıb. F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs-qətmikan tədbiri seçilib.
Daha sonra rayonun prokuroru Ü. Abbasov da həbs olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-03-2019, 14:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-03-2019, 14:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29