reklam
Regionxeberlericom.az » Hadisə » Bərdədə müəllim ərini bıçaqlayıb?

reklam

Bərdədə müəllim ərini bıçaqlayıb?
















“Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə müəllimi Nuriyeva Nuranə Mehdi qızının ailədaxili münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirməsi barədə yayılmış məlumatla əlaqədar bildiririk ki, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən Nuranə Nuriyeva ilə görüş keçirilib”.

Bu barədə APA-ya Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinindən məlumat verib.

Bildirilib ki, görüş zamanı Nuranə Nuriyeva həyat yoldaşı ilə aralarında ailə münaqişəsinin olduğunu, həyat yoldaşı ilə ayrılmaq istədiyini, lakin həyat yoldaşına bıçaqla heç bir xəsarət yetirmədiyini qeyd edib:

“Eyni zamanda nəzərinizə çatdırırıq ki, Nuranə Nuriyeva 11.03.2024-cü il tarixi üçün Mingəçevir şəhər Polis şöbəsinə dəvət olunub”.

O da qeyd edilib ki, Nuranə Nuriyevanın məlumatına əsasən əri, ondan ayrılacağı təqdirdə özünə xəsarət yetirəcəyi, onu tutduracağı, işdən çıxaracağı, uşağı əlindən alacağı ilə şantaj edirmiş (bu barədə səs yazıları da var). Sonuncu münaqişə zamanı da ərinin özünə xəsarət yetirdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı bildirib ki, fakt üzrə Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.





Paylaş:


Müəllif : Tarix:
11-03-2024, 15:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər