Rusiyanın daha bir neft emalı zavodu vuruldu
Rusiyanın Ryazan şəhərində neft emalı zavoduna PUA-larla hücum olub.
Bu barədə Ukrayna və Rusiya mətbuatında məlumatlar yayılıb.
Zavodda baş verən yanğının da görüntüləri sosial şəbəkələrdə yayılıb.
Rusiya mətbuatının məlumatına görə, martın 13-də səhər tezdən zavoda bir neçə PUA hücum edib. Qeyd olunur ki, hadisə şahidləri bir neçə partlayış səsi eşidib, sonra müəssisənin üstündə qatı duman görünüb.
Dron hücumunu Ryazan vilayətinin qubernatoru Pavel Malkov rəsmən təsdiqləyib:
“Ryazan neft emalı zavodu PUA-nın hücumuna məruz qalıb. Hücum nəticəsində yanğın başlayıb. İlkin məlumata görə, yaralılar var”, - Malkov bildirib.
Əməliyyat xidmətlərindən verilən məlumatlara görə, hücum nəticəsində iki nəfər yaralanıb.
“Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Yaralılar travmatologiya şöbəsinə yerləşdirilib”.
“Baza” “Telegram” kanalı yanğının sahəsinin 100 kvadratmetr olduğunu bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-03-2024, 10:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər