reklam
Regionxeberlericom.az » Hadisə » İsrail HƏMAS ilə girov danışıqlarında böhranın olmadığını açıqlayıb

reklam

İsrail HƏMAS ilə girov danışıqlarında böhranın olmadığını açıqlayıb


İsrail hakimiyyəti əmindir ki, HƏMAS qruplaşmasının saxladığı girovlarla bağlı danışıqlar dalana dirənməyib.

Bu barədə “Ynet” məlumat yayıb.

“Bazar günü İsrail hakimiyyəti bildirib ki, HƏMAS əsirliyindən girovların qaytarılması ilə bağlı danışıqlar böhranlı deyil”, - portal yazıb.

Qeyd edək ki, İsrailin “Mossad” kəşfiyyat xidmətinin direktoru David Barnea martın 22-də Dohaya səfər edib. O, Dohada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns, Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani və Misir kəşfiyyatının rəhbəri Abbas Kamel ilə Qəzza zolağında saxlanılan girovların qaytarılması üçün radikal HƏMAS hərəkatı ilə razılaşmanı müzakirə edib.

Adını açıqlamayan hökumət rəsmisi bildirib ki, Amerika Birləşmiş Ştatları Qəzza zolağında yeni atəşkəs razılaşmasına əsasən, İsrailin hər girov müqabilində azad edəcəyi fələstinli məhbusların sayı ilə bağlı balanslaşdırılmış təklifini açıqlayıb.

“ABŞ kompromis təklifi irəli sürüb və İsrail buna müsbət cavab verib. İndi HƏMAS-ın cavabı gözlənilir”, - mənbə bildirib.

O vurğulayıb ki, HƏMAS-ın cavabı alınan kimi israillilər Dohaya qayıdacaqlar.




Paylaş:


Müəllif : Tarix:
25-03-2024, 09:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər