Liftdə baş verən ölümə görə onlar işdən çıxarıldı
"Lifttəmir" İstehsalat Birliyi Bakıda liftdə baş verən ölüm hadisəsinə münasibət bildirib.
Qurumdan bildirilib ki, martın 26-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında baş vermiş bədbəxt hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb və hadisə komissiya tərəfindən araşdırılır.
Məsələ ilə əlaqədar Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib, Bakımənzilavtomat ixtisaslaşdırılmış istehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar.
Hal-hazırda real vəziyyətin öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-03-2024, 17:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər